“Formula-1” üzrə Avropa Qran-prisində çıxış edəcək daha 2 müğənninin adı müəyyənləşib.
Mynews.az xəbər verir ki, bu barədə yarışın promouteri Arif Rəhimov bildirib.
Onun sözlərinə görə, bunlar “Black Eyed Peas” qrupu və Nikol Şerzingerdir. O deyib ki, təşkilatçılar azarkeşlər üçün zəngin mədəni-əyləncə proqramı təşkil edəcəklərinə görə çox məmnundurlar.
“Azərbaycan Qran-prisi zamanı dünyanın iki ən uğurlu ifaçılarını Bakıda salamlaqdan necə sevindiyimizi sözlə ifadə etmək çətindir. “The Black Eyed Peas” və Nikol Şerzinger dəfələrlə sübut ediblər ki, qeyri-adı vokal səsə malik olan elit musiqiçi qrupuna aiddirlər”, - A.Rəhimov əlavə edib.
“Musiqi və “Formula-1” qoşa addımlayır və bugünkü elan bu möhtəşəm ənənənin davamı olacaq. Azərbaycan Qran-prisi unudulmaz uik-endə çeviriləcək. Biz sizinlə bu ilin iyununda görüşü səbirsizliklə gözləyirik”, – o söyləyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 23-25-də Bakıda keçiriləcək.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub