“Tour d’Azerbaidjan-2017” veloturunun ilk mərhələsinin qalibi müəyyənləşib - FOTO+YENİLƏNİB
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” veloturuna start verilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, ilk yarış günündə iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçiblər.
150 km məsafəni hamıdan tez İsrailin Pro-kontinental “İsrael Cycling Academy” komandasının üzvü Mikhel Raim keçib - 3 saat, 4 dəqiqə, 11 saniyə. Latviyanın kontinental “Rietumu Banka-Riga” komandasının təmsilçisi Emils Liepins və İtaliyanın Pro-Kontinental "Nippo Vini-Fantini" klubunun velosipedçisi Pyer Paolo de Neqri mərhələ qalibi ilə eyni vaxt göstəricisinə imza atsalar da, fotofinişə əsasən 2-3-cü yerləri tutublar. Azərbaycanın kontinental “Synergy Baku” komandasının üzvlərinin hamısı marşrutu ümumi pelotonda başa vurublar.
Mərhələ qalibiyyəti Mikhel Raim həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o mavi rəngli “Synergy” köynəyinə yiyələnib. Bundan başqa, Raim aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə də sahib çıxıb.
Mərhələnin ən yaxşı dağ velosipedçisi Ukraynanın kontinental “Kolss” komandasının üzvü Vitaliy Buts olub və o qırmızı rəngli “AZAL” köynəyinə layiq görülüb. ABŞ-ın Pro-kontinental “Novo Nordisk” klubunun təmsilçisi Mehdi Benhamuda isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təltif ediblər. Bundan başqa, Zakir Fərəcov mərhələ qalibini və Azərbaycanın “Synergy Baku” komandasının xüsusi xatirə hədiyyələri ilə təltif edib.
Mayın 4-də yarışın 2-ci mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar paytaxt Bakıdan İsmayıllıyadək olan 187 km məsafəni qət edəcəklər. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
12:55
Bakıda “Tour d’Azerbaidjan - 2017” beynəlxalq velosiped turuna start verilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, bununla əlaqədar Dövlət Bayrağı Meydanında komandaların təqdimat mərasimi keçirilib.
Tədbirə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da qatılıb. 18 ölkədən 22 komandanın təqdimatından sonra yürüşün birinci mərhələsinə başlanılıb. İştirakçılar bu mərhələdə Bakı - Sumqayıt marşrutu üzrə 150 km məsafə qət edəcəklər. Finiş Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında olacaq.
Qeyd edək ki, ümumilikdə 5 mərhələdən ibarət “Tour d’Azerbaidjan - 2017”-yə mayın 7-də yekun vurulacaq.
İdman
- Lamiyə Vəliyeva - Medalımı Azərbaycan xalqına həsr edirəm
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı 1039 dəfə oxunub
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub 1039 dəfə oxunub
- 4-cü kurs tələbəsinin meyiti tapıldı 1024 dəfə oxunub
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək 1005 dəfə oxunub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş 1001 dəfə oxunub