Beynəlxalq Basketbol Federasiyası yarışlarda qadın basketbolçulara hicabda çıxış etməyə icazə verib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.
“Reqlamenti dəyişmək haqqında qərar qəbul edilib. Belə ki, bəzi ölkələrdə dress-kod başın örtülməsini tələb edir, bu isə əvvəlki qaydalara müvafiq deyil”, - təşkilatın bəyanatında qeyd edilir.
Yeni qaydalar rəsmən oktyabrın 1-dən qüvvəyə minəcək. Daha öncə hicab taxmaq təhlükəsizlik baxımından qadağan edilmişdi.
2014-cü ilin mart ayında Beynəlxalq Futbol Federasiyası başı bağlı meydana çıxmağa icazə verdi. Həmin ilin sentyabrında Qətərin basketbol üzrə yığması Asiya oyunlarında iştirak etməkdən imtina etdi, səbəb isə meydançaya hicabla çıxmağa icazə verilməməsi idi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub