Bakıda Dənizkənarı Milli Parkda “Neymar Jr’s Five” beynəlxalq futbol turnirinin Azərbaycan finalı keçirilib.
Mynews.az xəbər verir ki, 16 komandanın iştirak etdiyi final mərhələsində Gəncə, Lənkəran, Şəki, Quba və Bakı seçim mərhələlərində iştirak edən 330 komandadan 16 kollektiv mübarizə aparıb.
Onlar ulduz futbolçu Neymarın vətəni Braziliyaya Dünya finalına yollanmaq uğrunda mübarizə aparıblar.
Gərgin və güzəştsiz mübarizəylə yadda qalan milli finalda Bakını təmsil edən “Şirinlər” komandası çempion olub. Finalda “Qara Qartal”la qarşılaşan “Şirinlər” komandası 1:0 hesabıyla qələbə qazanaraq çempionluq sevinci yaşayıb.
Yarışın Azərbaycan üzrə ən güclü komandası “Şirinlər” iyul ayında Braziliyada keçiriləcək “Neymar Jr’s Five” Dünya finalına yollanacaq və mötəbər yarışda Azərbaycanı təmsil edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub