Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.
Mynews.az-ın məlumatına görə, bu barədə Kataloniya klubu məlumat yayıb. Bildirilir ki, məşhur futbolçu ilə razılığa gəlinib və Ronaldinyo qarşıdakı illərdə “Barselona”nı müxtəlif tədbir və mərasimlərdə səfir kimi təmsil edəcək. “Barselona”nın yeni reklam üzü olacaq Ronaldinyo klubun dünya üzrə təşkil etdiyi keçmiş futbolçularla oyunlarda da meydançaya çıxacaq.
Dünyanın ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilən 36 yaşlı “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub