“Sözsüz ki, böyük tədbirlər, idman yarışları zamanı açılış mərasiminin xüsusi yeri var. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi də çox gözəl olacaq”.
Mynews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, I Avropa Oyunlarının açılış mərasimi ilə müqayisədə İslamiadanın açılış mərasimi bir qədər fərqli olacaq: “Şərq, müsəlman dünyası üçün əsas məqamlar, tarixi hadisələr IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində öz əksini tapacaq. Bir məsələni də qeyd edim ki, açılış mərasimindən sonra bütün idman yarışlarına biletlərin satışı yüksəlir”.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi mayın 12-də Bakıda keçiriləcək.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub