Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın komandası "Bursaspor" avrokuboklara buraxılmayacaq.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, UEFA "ağ-yaşıllar"ın lisenziya tələbini qəbul etməyib.
Buna səbəb kimi 3 futbolçuya olan borc göstərilib. Belə ki, yığmamızın üzvü, həmçinin Bakaye Traore və Tomaş Netsid pulunu ala bilmədiyi üçün FİFA-ya şikayət edib. Bunu nəzərə alan UEFA "Bursaspor"a gələn mövsüm avrokuboklarda iştirak üçün lisenziya verməyib.
Bursalılarla yanaşı, "Çaykur Rizəspor", "Kayserispor", "Karabükspor", "Akhisar", "Qaziantepspor" və Reynaldonun formasını geyindiyi "Adanaspor" da lisenziya almayan klublardı. Vəziyyətin düzəldilməsi üçün onların bəzilərinə 1, bəzilərinə isə 2 ay vaxt verilib. "Bursaspor" prezidenti Ali Ay oyunçuların şikayətlərini geri götürmələri üçün onlarla görüşmək qərarına gəlib.
Qeyd edək ki, Dəniz Yılmaz bir müddət əvvəl klubu FİFA-ya şikayət etməklə hədələdiyindən, komandadan uzaqlaşdırılmış və transferə çıxarılmışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub