Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, 1/4 final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidov Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.
+ 91 çəki dərəcəsində mübarizə aparan idmançıların gərgin keçən görüşündə boksçumuz 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını - ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub