Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ilk çempionun adına aydınlıq gəlib.
Mynews.az-ın Apasport.az saytına istinadən məlumatına görə, ilk medal dəsti Bakı Atıcılıq Mərkəzində öz sahibini tapıb.
Kişilərin 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının qalibi adını türkiyəli Ömər Akgün qazanıb. O, Bakıdakı İslamiadanın ilk qalibi kimi tarixə düşüb. Akgün 249.8 xal toplayaraq, gərgin şəraitdə keçən final mərhələsini qələbə ilə başa vurub. 245.5 xal toplayan banqladeşli Rabbi Həsən Munnay gümüş, 224.1 xal toplayan özbəkistanlı Sədxan Sayfuddinov isə bürünc medal əldə edib.
Azərbaycan yığması da ilk medalını atıcılıqda qazanıb. Ruslan Lunyov kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında hamıdan dəqiq olub. Bununla da təmsilçimiz qızıl medala yiyələnib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub