Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın dörd nümayəndəsi qızıl medal uğrunda yarışacaq.
Mynews.az xəbər verir ki, Elxan Məmmədovdan və İrina Kindzerskadan sonra Məmmədəli Mehdiyev ilə Elmar Qasımov da həlledici görüşdə iştirak hüququ qazanıblar.
Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev Oyunlarda ikinci qələbəsini qazanaraq finala yüksəlib. Atletimiz finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə üz-üzə gələcək.
Digər cüdoçumuz – "Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da ona bəslənilən ümidləri doğruldub. Yarımfinalda əlcəzairli Lyes Buyakubdan aşkar üstün olan cüdoçumuz rəqibini ipponla məğlub edib. Elmar Qasımov finalda ölkəmizin digər təmsilçisi Elxan Məmmədov ilə qarşılaşacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub