Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovun növbəti qələbəsi böyük marağa səbəb olub.
Həmyerlimizin Belçikadan olan idmançı Fred Sinistraya qalib gəldiyi döyüşün görüntüləri sosial şəbəkələrdə izlənmə rekordları qırır. Türkiyənin İstanbul şəhərində baş tutan görüşdə Zabit Səmədov 2-ci raundda rəqibinə qalib gəlib.
Zabit Səmədov döyüşdən sonra bunları bildirib: "Rəqibimi tanıyırdım. Mənimlə iki ildir ki, döyüş keçirməyə çalışır. Ancaq mən bilirdim ki, ilk raunddan sonra döyüşün taleyini həll edəcəm".
Qeyd edək ki, döyüşü televiziya ekranlarından izləyə bilməyən minlərlə idmansevər canlı yayımı vasitəsi ilə Zabitə dəstək olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub