Futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində - Topaz Premyer Liqasında fəaliyyətini dayandıran klubların sayı xeyli artıb. 2016-2017-cı il mövsümü üçün liqada çıxış edən klubların sayı 12-dən 8-ə endirilib. Bəs bu hal Azərbaycan milli komandasına necə təsir edir?! Klublar niyə yaradılmışdı, indi niyə ləğv olunur?
Mynews.az-ın məlumatına görə, modern.az bunun səbəblərini araşdırıb və ortaya maraqlı faktlar çıxıb.
Hazırda AFFA-nın məşqçilər komitəsində fəaliyyətini davam etdirən təcrübəli mütəxəssis Ağasəlim Mircavadov mövzuya dair fikirlərini bizimlə bölüşüb.
“Mən klubların fəaliyyətini dayandırmasını maliyyə səbəbləri ilə əlaqələndirirəm. Bu çox böyük bir mövzudur. İki kəlmə ilə bu məsələni bitirmək olmaz. Ancaq konkret şəkildə deyə bilərəm ki, hazırda sponsor yoxdur. Bu da həlledici rol oynayır. Bu məsələlərə görə AFFA-nı günahlandırmaq düzgün deyil. Onlar 8 komanda saxlayır. Bu barədə əlindən gələni edir. Yaxşı oyunçuları AFFA dəstəkləyir və xaricə göndərir”.
İdman şərhçisi Ceyhun Rzayev ölkəmizdə yaşanan devalvasiyanın futbola təsirsiz ötüşmədiyini vurğulayıb:
“Məlum olduğu kimi, AFFA bir tək SOCAR tərəfindən dəstəklənir. Hazırda bütün sponsorlar qırağa çəkilib və belə bir vəziyyət alınıb. Bu işlərdə maliyyə məsələləri mühüm rol oynayır. Peşəkar Futbol Liqasında klub sayının az olması gələcəkdə Azərbaycan futbolu üçün fəsadlar yarada bilər. Belə ki, həm oyunçu, həm də məşqçi yetişməsi baxımından klubun sayı nə qədər çox olsa, o qədər yaxşıdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub