“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatlar qazandıqları medal sayına uyğun ödəniləcək.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.
Nazir bildirib ki, birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətəuyğun deyil: “Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz”.
Qeyd edək ki, İslamiadada Azərbaycan idmançılarından güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberev 4 qızıl medal qazanıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, qızıl medalçılara 100 min manat pul mükafatı ödəniləcək. Bundan başqa, 50 min manat isə Milli Olimpiya Komitəsi tərəfindən ödəniləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub