Karatenin “Brilyant oğlanı” Rafael Ağayev “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, Rafael Ağayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qazandığı qələbələrdən danışıb.
O, qazandığı uğurlar üçün ilk növbədə ailəsinə minnətdar olduğunu bildirib. Daha sonra isə o, karateyə gəlməsindən danışıb. Bildirib ki, daha çox futbolçu olmağa meyilli olub.
Ağayevin sözlərinə görə, hətta 19 yaşında Avropa çempionu olduqdan sonra karate ilə vidalaşıb, futbola başlamaq istəyib. Lakin bu idman növünü seçdiyi üçün də peşman olmayıb. Yeni doğulan oğlundan danışan idmançı onun da özü kimi idmanla məşğul olmasını, gələcəkdə çempion olmasını arzuladığını bildirib. Rafael Ağayev oğlu Ramalın futbolçu olmasını arzuladığını da əlavə edib.
“Oğlumun, hələ ki, Azərbaycanda oynamasını istəmirəm. Çox istərdim ki, o, İtaliyanın “Yuventus” klubunda oynasın. Bunun üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub