“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev İtaliyanın “Yuventus” klubundan dəvət alıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü açıqlama verib.
O bildirib ki, Rusiyanın paytaxtı Moskvada yaşayan köməkçisi İtaliya təmsilçisi ilə əlaqə saxlayaraq, onun barəsində danışıb: “İngilis dilini bilmədiyim üçün bəzi işləri köməkçimə həvalə etmişəm. O, “Yuventus”un direktoruna bu klubun azarkeşi olduğumu söyləyib. Klub da məni İtaliyaya dəvət edib. Yaxın zamanda ora yollanaraq, formamı “Yuventus”a hədiyyə edəcəyəm. Muzeyləri ilə tanış olub, turistlərlə şəkil çəkdirəcəyəm”.
“19 yaşım olanda karateni atıb, futbola keçmək istəyirdim. Sonradan fikrimi dəyişdim” deyə R.Ağayev əlavə edib.
Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub