Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb.
Mynews.az xəbər verir ki, snayperimiz 10 m pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birlikdə hamıdan dəqiq olub.
Lunyov-Nəsirovadan ibarət heyət omanlı cütlüyü qabaqlayaraq yarışı 1-ci pillədə tamamlayıb. Bürünc medala isə İran idmançıları yiyələniblər.
Qeyd edək ki, Ruslan Lunyov bundan öncə 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma, həmçinin standart tapança ilə atəş açma və 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda qızıl medal əldə etmişdi. Nigar Nəsirova isə dünən 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub