Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv yarımfinalda Əlcəzair yığmasını 2:0 hesabı ilə məğlub edib.
“Dalğa Arena”da baş tutmuş matçda Ruslan Abışovla Məqsəd İsayevfərqləniblər. Bu qələbə sayəsində Azərbaycan millisi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Azərbaycan yığmasının finaldakı rəqibi saat 18:30-da start götürəcək Kamerun - Oman matçının qalibi olacaq. Həlledici matç isə mayın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub