Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.
Mynews.az-ın Apasport-a istinadən məlumatına görə, komandamızın baş məşqçisi Faiq Qarayev dünya çempionatının seçmə mərhələsi üçün 22 oyunçuya sifariş göndərib.
IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan komandamıza Natalya Məmmədova da qoşulub. 2013-cü ildən milli karyerasını bitirdiyini açıqlayan və həmin vaxtdan əsas yığmamızda oynamayan İsveçrə “Volero”sunun kapitanı artıq Bakıdadır. O, bu gündən komandaya qoşulacaq.
Yığmamız isə Bakıda keçiriləcək oyunların hazırlığı üçün Bolqarıstana yollanacaq. Mayın 21-də burda başlayacaq təlim-məşq toplanışı 1 həftə davam edəcək.
Azərbaycan millisinin heyəti: Ceyran Əliyeva, Kseniya Poznyak, Anastasiya Qurbanov, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yekaterina Jitkova, Valeriya Məmmədova, Yekaterina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibova, Marqarita Əzizova, Yana Əzizova, Anastasiya Bessonova, Ülkər Kərimov, Yuliya Kərimova, Yana Kulan, Natalya Məmmədova, Kseniya Pavlenko, Yelizaveta Səmədova.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində C qrupunda Danimarka, Hollandiya, Norveç, Ukrayna və İsraillə oynayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub