“Bakı - 2017” IV İslam Həmrəyliyi Oyunlarının son günündə 3 növ üzrə mübarizə gedəcək.
Mynews.az-ın Report-a istinadla məlumatına görə, tennis və uşu üzrə fərdi, stolüstü tennisdə isə komanda yarışlarının qalibləri müəyyənləşəcək. Eyni zamanda Bakı Olimpiya Stadionunda bağlanış mərasimi təşkil olunacaq.
Azərbaycan təmsilçiləri tennisdə mübarizəni dayandırdıqlarından, digər iki növdə təmsil olunacaqlar. Stolüstü tennisdə qadınların mübarizəsində Azərbaycan və İran komandaları qarşılaşacaqlar. Uşuda isə 3 idmançı - Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) finalda çıxış edəcək, daha 3-ü - Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) yarımfinalda uduzduqları üçün bürünc medalı təmin ediblər.
Beləliklə, günün qarşılaşmalarının nəticəsindən asılı olmayaraq, Azərbaycanın İslamiadanı 161 medalla başa vuracağı dəqiqləşib. Yarımfinalda uduzanları da əlavə etdikdə, bürünc medal sayının 36 olacağı dəqiqdir. Finalda qeydə alınacaq nəticələr isə Azərbaycanın medal əyarında birinci pillədəki mövqeyinə təsir göstərməyəcək. Hazırda təşkilatçı ölkənin 75, ən yaxın izləyicisi Türkiyənin 68 qızıl medalı var. Türkiyə bu gün maksimum 5 qızıl medal qazana bilər. Bunlar tennis üzrə kişi və qadınların, stolüstü tennis üzrə kişilərin yarışında, eləcə də uşu üzrə 2 çəki dərəcəsində mümkündür. Başqa sözlə, Azərbaycan qeyri-rəsmi komanda hesabında əsas göstərici olan medal əyarında İslamiadanın qalibi olub.
Qeyd edək ki, hazırda Azərbaycanın 75 qızıl, 46 gümüş, 33 bürünc medalı var. Türkiyə isə 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medala malikdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub