İngiltərənin “Mançester Yunayted” klubu futbol üzrə Avropa Liqasının 2016/2017 mövsümünün qalibi olub.
Mynews.az-ın məlumatına görə, “qırmızı şeytanlar” həlledici görüşdə Hollandiyanın “Ayaks” komandasını 2:0 hesabı ilə məğlub ediblər.
Stokholmun “Friends Arena” stadionunda keçirilən qarşılaşmada hesabı 18-ci dəqiqədə Pol Poqba açıb.
İkinci hissənin əvvəllərində, 48-ci dəqiqədə, Henrik Mxitaryan ikinci topu “Ayaks” qapısından keçirib.
Avropa Liqasının qalibi olmaqla, Joze Maurinyonun yetirmələri həmçinin Çempionlar Liqasının 2017/2018 mövsümünə vəsiqəni təmin ediblər.
Qeyd edək ki, “Mançester Yunayted” klubu bu il İngiltərə çempionatını 6-cı yerdə başa vurub.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub