"Atletik"dən ayrılan və "Barselona"nın baş məşqçisi olacağı deyilən Ernesto Valverdenin yeni komandasındakı ilk transferinin kimliyi açıqlanıb.
Mynews.az xəbər verir ki, yeni baş məşqçinin rəhbərliyə təqdim etdiyi transfer siyahısının ilk pilləsində Ander Herrera yer alıb.
"Sport"un məlumatına görə, "Barselona" artıq ispan yarımmüdafiəçinin transferi üçün hərəkətə keçib.
Qeyd edək ki, Ander Herrera 2014-cü ildə "Atletik"dən "Mançester Yunayted"ə 36 milyon avroya transfer olunub. O, ispan klubunda Ernesto Valverdenin rəhbərliyi altında oynayıb. Hazırda "Transfermarkt"ın 28 milyon avro qiymət qoyduğu 27 yaşlı yarrımüdafiəçi cari mövsümdə 50 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Fanat.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub