Mynews.az xəbər verirki, "Real"ın 2009-cu ildə Kriştiano Ronaldoya görə "Mançester Yunayted"ə 94 milyon avro ödəməsindən sonra transferlərə böyük pulların ödənməsi prosesi start götürüb. İndi dünyanın ən bahalı futbolçusu Paul Poqbadı ki, "Mançester Yunayted" ötən yay onu "Yuventus"dan 110 milyon avroya transfer edib. Transfer rekordları arasında "Real"ın 101 milyona aldığı Qaret Beyl, "Yuventus"un 90 milyona heyətinə qatdığı Qonzalo Hiquayn kimi ulduzlar var. İndi klublar sıradan futbolçulara belə 20 milyon avrodan artıq pul ödəyir.
Bəs bu yayın transfer bombası kim ola bilər? Ümumiyyətlə Paul Poqbanın rekordunu kimin qırması gözlənilir? Bu ada ən real namizəd Kilian Mbappe hesab olunur. "Monako" artıq ulduzu üçün 100 milyonluq təklifləri geri çevirib. Fransa klubunun onu ən azı 120 milyona satmaq istədiyi deyilir ki, bu da futbol tarixinin yeni rekordu hesab olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub