"Monako"nun gənc ulduzu Kilian Mbappe uğrunda amansız mübarizə davam edir. Fanat.Az xəbər verir ki, 18 yaşlı ulduzu "Real" və "Mançester Siti" heyətinə qatmaq istəyir.
"Telefoot"un xəbərinə görə, İngiltərə klubu "Monako"ya 130 milyon avroluq təklif göndərib. Daha öncə fransızlara müraciət edən, lakin rədd cavabı alan "Real" da geri çəkilməyib. "Kral Klubu" da "Monako"ya eyni məbləği təklif edib.
Məlumata görə, bu transferdə "Real" daha şanslıdı. Belə ki, Mbappe dəfələrlə Zinəddin Zidan və Kriştiano Ronaldo fanatı olduğunu açıqlayıb. Bu səbəbdən onun "Kral Klubu"na keçməyə yaxın olduğu bildirilir.
18 yaşlı futbolçu özü transferi ilə bağlı bunları deyib: "Ailəmlə danışım qərarımı verəcəm. Oynamayacağım bir yerə getməyəcəm. Heç kim mənim adımdan qərar verə bilməz".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub