Dünyanın ən titullu futbolçusunun adına aydınlıq gəlib.
Maksvell PSJ ilə Fransa Liqa kubokunu qazanaraq aktivindəki mükafat sayını bir az da artırıb və bu, braziliyalı oyunçunun müxtəlif turnirlərdə qazandığı 37-ci qələbə olub.
35 yaşlı sol cinah müdafiəçisi bununla da dünyanın ən çox kubok qazanan futbolçusu olub.
Futbol karyerasında vətəni Braziliyada – “Kruzeyro”da başlayan Maksvell burada 1 kubok əldə edib.
Daha sonra Avropadakı ilk klubu “Ayaks”da 6 dəfə “qənimət”i başı üzərinə qaldıran “solaxay”, İtaliya “İnter”i ilə də 5 dəfə müxtəlif turnirlərin qalibi olub.
Ardınca “Barselona”ya transfer olan Maksvell kataloniyalılarla 10 dəfə müxtəlif səviyyəli titullar qazanıb.
Hazırda karyerasını davam etdirdiyi PSJ-də isə son olaraq əldə etdiyi Fransa Kuboku ilə birlikdə qazancını 15-ə çatdıran Maksvell dünya rekordunu müəyyənləşdirib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub