“Qış transfer pəncərəsi” zamanı “Qarabağ”dan ayrılan və Türkiyəyə üz tutan Reynaldonun işləri yaxşı getmir. Apasport.az saytı xəbər verir ki, “Adanaspor”la anlaşan braziliyalı oyunçu komandadan göndəriləcək.
Əldə etdiyimiz məlumata görə, komandaya yenicə idman direktoru təyin olunmuş azərbaycanlı mütəxəssis Asim İbrahimov Reynaldo ilə birlikdə digər 8 braziliyalını da göndərməkdə qərarlıdı.
Klubda faktiki baş məşqçi vəzifəsini icra edəcək İbrahimov rəhbərliklə görüşündə Superliqada qala bilməyən və PTT I Liqada yarışacaq komandada bu qədər legionerə ehtiyac duymadığını bildirib. Klub rəhbərliyinin onun bu istəyini yerinə yetirəcəyi gözlənilir.
Qeyd edək ki, Reynaldo “Adanaspor”la 2.5 illik müqavilə imzalamışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub