Çinin “Beytszin” klubunun və Fil Dişi Sahili yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında vəfat edib.
Mynews.az "TASS"-a istinadən xəbər verir ki, futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələ ki, məlumat verilmir.
Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın “Tvente” və “Roda”, Belçikanın “Anderlext” klubunda oynayıb. 2010-cu ildən İngiltərənin “Nyukasl” klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib.
Fil Dişi Sahili millisində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə Afrika Millətlər Kubokunun qalibi olubş.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub