Türkiyə millisinin baş məşqçisi Fatih Terim komandanın futbolçusu Arda Turanı millinin düşərgəsindən kənarlaşdırıb.
Buna onun dünən təyyarədə "Milliyyət" qəzetinin idman yazarı Bilal Meşeni ağır formada təhqir etməsi səbəb olub. Baş verənlərdən sonra Türkiyə Futbol Federasiyası prezident Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və Fatih Terimin iştirakı ilə iclas keçirib. İclasdan sonra F.Terim Arda ilə görüşüb. Görüşdən sonra F.Terim A.Turanı millinin düşərgəsindən göndərmək qərarı verildiyini deyib.
A.Turan da həm komadna, həm də federasiyaya daha çox zərər verməmək üçün düşərgəni tərk edib.
Qeyd edək ki, Arda Turan jurnalisti təhqir etməsi Türkiyə mediasında etiraz doğurub.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub