Azərbaycan millisinin gimnastı Marina Durunda karyerasını bitirdiyini elan edib.
Mynews.az xəbər verir ki, o, bu barədə “Instagram”da məlumat yayıb. “Hər şeyə görə təşəkkür edirəm, səni çox sevirəm, Azərbaycan. Daima qəlbimdə yaşayacaqsan. Məşqçilərim, xoreoqraflar, həkimlər və üzərimdə əməyi olan hər kəsə “Sağ olun” deyirəm. Siz olmasanız, həyatda uğur qazana bilməzdim. Hamınızla ayrı-ayrılıqda görüşüb təşəkkür edə bilmədiyim üçün üzürlü hesab edin.
Ölkə başçısı İlham Əliyevə, xanımı, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevaya təşəkkür edirəm. Ölkədə mənim üçün hər cür şərait yaradılmışdı. Bütün bunları unutmayacağam. Sizinlə belə vidanı heç gözləmirdim. Ürəkağrısı ilə gedirəm”, - deyə o yazıb.
Qeyd edək ki, Marina Durunda 2015 Avropa Oyunlarının gümüş və 2015 Avropa Çempionatının bürünc medalçısıdır. 2013-cü ildən Azərbaycanın dəyişməz Çempionudur. 2015-ci ildə İlham Əliyevin sərəncamı ilə I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Azərbaycanı 4 dəfə (2012, 2013, 2014, 2015) Avropa Çempionatında və 3 dəfə (2013, 2014, 2015) Dünya Çempionatında təmsil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub