Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Trabzonspor”u birdəfəlik tərk edə bilər. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçunun icarə əsasında çıxış etdiyi “Jilina” klubu onun transferində maraqlıdı.
Slovakiya çempionu 12 oyunda 6 qol və 2 assistlə yadda qalan Şeydayevlə əməkdaşlığı uzun müddət davam etdirməyi planlaşdırır. “Jilina” rəhbərliyi bununla bağlı qarşı tərəflə artıq danışıqlara başlayıb.
Slovakiyalılar həmyerlimizin transfer vərəqəsinə sahib olmaq üçün “bordo-mavililər”ə 500 min avro ödəməyə hazırdılar. Lakin bu məbləğ türkiyəliləri razı salmır. Qara dəniz təmsilçisi Ramilə görə 2 milyon avro qiymət oxuyub. Bununla belə, “Trabzonspor” danışıqların uzun sürməsində maraqlı deyil. Onlar Şeydayevi az qiymətə də “Jilina”ya verməyə qarşı deyil.
Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”a ötən ilin yayında yetirməsi olduğu “Zenit”dən keçmişdi.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub