Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.
Mynews.az xəbər verir ki, “Qırmızı-qaralar” Rusiyanın “Axmat” klubu ilə qarşılaşıb. Roman Qriqorçuk bu oyunda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo.
Görüşün ilk yarısında qapılara qol vurulmayıb. Qarşılıqlı hücumlar edən komandalar fasiləyə bərabərliklə yollanıb. Oyunun ikinci hissəsinin əvvəlində Rusiya təmsilçisi hesabı açıb. “Axmat”ın vurduğu bu qol görüşdə yeganə olub. Çeçenistan təmsilçisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
Xatırladaq ki, ilk matçında yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn “Qəbələ” növbəti oyununu iyunun 19-da keçirəcək. “Qırmızı-qaralar” Bolqarıstanın “Botev” klubu ilə üz-üzə gələcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub