Formula 1 şəhərciyi və əyləncə zonalarına girişə iyunun 22-i saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər.
"Formula 1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.
Dördgünlük bilet alan tamaşaçılar Pit Yolu gəzintisində F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Eləcə də, pilotların iştirakı ilə 23-25 iyun tarixlərində saat 11:00-da başlayaraq günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və onlardan avtoqraf ala biləcəklər.
Bulvarda salınan Azərbaycan Mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq.
Bütün bunlarla yanaşı, azyaşlılar üçün əyləncə mərkəzi, Bulvarda, eləcə də Sahil və Sabir parklarında yerləşən zonalarda əyləncəli şou proqramlar olacaq. Proqramda səyyar tamaşalara akrobatlar, Spandy Andy, robotlar, pantomima aktyorları və ağacayaqların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, nağara şousu, müxtəlif ölkələrin milli rəqsləri, şar ustasının əl işləri və məşhur yerli DJ-lərin çıxışları təqdim olunacaq.
Qeyd edək ki, "Formula 1" biletlərinin qiyməti 60-690 manat arasında dəyişir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub