Madridin "Real" komandasının prezidenti Florentino Peres bəyan edib ki, hücumçu Kriştiano Ronaldonu klubda saxlamaq niyyətində deyil.
Mynews.az xəbərinə görə, bu barədə Daily Express nəşri məlumat yayıb.
Peres qeyd edib ki, komandanın maraqlarını həmişə hər bir oyunçunun ayrı-ayrılıqda maraqlarından üstün tutacaq. "Real" rəhbərliyi hesab edir ki, Ronaldo maaşının artırılması üçün klubu şantaj edir.
Xatırladaq ki, 32 yaşlı portuqaliyalının "Real"ı tərk etmək istəyi barədə məlumat iyunun 16-da yayılıb. Ronaldo Pereslə söhbət zamanı bildirib ki, bu addımı İspaniya prokurorluğunun onun ünvanına səsləndirdiyi ittihamlara görə atıb.
İyunun 13-də Ronaldoya qarşı vergidən yayınma (14,7 milyona avro məbləğində) maddəsi ilə iş qaldırılıb. İdmançı və onun vəkili bu ittihamla razılaşmırlar.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub