İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin 21 aylıq həbs cəzası pul cəriməsi ilə əvəzlənib.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, cərimənin məbləği 252 min avrodur. Öz növbəsində, Messinin atası Xorxe Messi 180 min avro cərimə ödəməlidir. Prokurorluq hadisələrin belə inkişafına qarşı çıxmayıb.
Qeyd edək ki, futbolçu və atası 2007 - 2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınma ittihamı ilə 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxıblar. Məhkəmənin həbs hökmü həbsxanada olma anlamına gəlmir. Çünki İspaniyada 2 ildən aşağı bütün cəzalar sınaq müddəti sayılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub