Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib.
Mynews.az-ın məlumatına görə, “Force İndia”nın pilotu Serxio Peresin bolidi səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb.
Zərbənin gücündən bolidin sağ arxa təkəri qopub. Pilot bolidi tərk edikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar. Bolidin trassdan götürülməsi üçün kran gətirilib.
Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi bolidin tormuzu bloklandığı üçün trassın kənarına çıxıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub