“Qalatasaray” Mərakeş yığmasının hücumameylli yarımmüdafiəçisi Yunes Belhandanı heyətinə qatmağa çox yaxındır.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, istanbullular futbolçunu Türkiyəyə gəlməyə razı salıb.
Tərəflər 4 illik müqavilə ilə bağlı razılığa gəliblər. “Qalatasaray” futbolçunun klubu “Dinamo”ya (Kiyev) 8 milyon avro transfer haqqı ödəyəcək. 27 yaşlı oyunçunun özü isə İstanbul nəhəngində ildə 3 milyon avro qazanacaq.
Futbolçu bazar Türkiyəyə gələcək və tibbi yoxlanışdan keçəndən sonra müqaviləyə imzalanacaq.
Qeyd edək ki, Mərakeş yığmasında 32 oyuna 3 qol vuran Belhanda son mövsümü Fransanın “Nitsa” klubunda icarədə keçirib. Daha öncə “Şalke”yə icarəyə verilən futbolçu “Dinamo”ya qədər də “Monpelye”də top qovub.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub