Azərbaycan Qran-Prisinin ikinci günü başlayır

764
Azərbaycan Qran-Prisinin ikinci günü başlayır

Bu gün Formula-1 üzrə Azərbaycan Qran-Prisinin ikinci günü başlayır.

Mynews.az xəbər verir ki, Bakıda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq.

Formula 1-in cədvəlinə əsasən, bu gün saat 14:00-da üçüncü sərbəst yürüş keçiriləcək. Saat 17:00-da  isə sıralanma turu olacaq.

Əlavə edək ki, dünən ikinci sərbəst yürüşü zamanı “Red Bull” komandasının pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib - 1:43.362. Onun idarə etdiyi bolid sessiyanın başa çatmasına 35 saniyə qalmış səddə dəyib dayansa da, bu, hollandiyalının birinci olmasına mane olmayıb.

İkinci nəticəni “Mercedes”in pilotu Valtteri Bottas - 1:43.462, üçüncü nəticəni isə “Red Bull” komandasının növbəti pilotu Daniel Rikardo göstərib - 1:43.473.

Qeyd edək ki, ilk sərbəst yürüşdə ən yaxşı nəticəni “Red Bull” komandasının pilotu Maks Ferstappen göstərib - 1:44.410. 

Daniel Rikkardo (Red Bull) ikinci, Sebastyan Fettel (Ferrari) isə üçüncü olub. 

İyunun 25-də, saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Və nəhayət, 17:00-da Qran-Prinin həlledici mərhələsi başlayacaq. 

Yarışda iştirak edən 10 komanda – “Mercedes” (Luis Hemilton və Valterri Bottas), “Red Bull” (Daniel Rikkardo və Maks Ferstappen), “Ferrari” (Sebastyan Fettel və Kimi Raykkonen), “Force İndia” (Serxio Peres və Esteban Okon), “Willams” (Felipe Massa və Lens Stroll), “McLaren Honda” (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), “Haas” (Roman Qrojan və Kevin Maqnussen), “Renault” (Niko Hülkenberq və Colion Palmer) və “Sauber”in (Markus Eriksson və Paskal Verlyayn) ümumilikdə 20 üzvü hökumət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, Formula-1 üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-Prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mersedes AMG” komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel ilk pillədə qərarlaşıb.

24 iyun, şənbə

10:00 11:25 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
11:00 11:30 Formula 1 Komandaların pit stop təlimi
12:00 13:05 FIA Formula 2 Birinci yarış (29 dövrə və ya 60 dəq.)
14:00 15:00 Formula 1 Üçüncü sərbəst yürüş
15:05 16:40 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
17:00 18:00 Formula 1 Sıralanma turu

Xəbər lenti