Bakıda keçirilən “Formula 2” yarışının VII mərhələsində zəncirvari qəza baş verib.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub.
Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri bolidlər isə ardıcıllıqla bir-birlərinə çırpılaraq yararsız hala düşüblər.
Nəticədə sözügedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trasdan götürülüb.
Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub