“Bu toxunuş Luis tərəfindən bilərəkdən edildi. Fettel təəccüblənmiş və təxribata çəkilmişdi”. Mynews.az Apasport.az saytınaistinadən verdiyi məlumatına görə, bunu “Red Bull” komandasının məsləhətçisi Helmut Marko deyib.
“Formula-1” üzrə Azərbaycan Qran-prisində Luis Hamiltonla (“Mercedes”) Sebastyan Fettel (“Ferrari”) arasında münaqişə yaşanıb. Bu pilotlardan ikincisi təhlükəsizlik avtomobili trasdan çıxan zaman Hamiltonun bolidini arxadan vurub.
Fettel hesab edir ki, rəqibi avtomobilini bilərəkdən saxlayıb ki, arxadan onu vursunlar. O, bu səbəbdən qabağa keçərək, Hamiltonun bolidinə yandan da toxunub.
Buna münasibət bildirən Marko Hamiltonu günahkar sayıb: “Nəticədə Sebastyan qəzəblənib, qisas almağa qərar verdi. Sürücülərin de emosiyaları olmalidi. Biz razı qalmalıyıq ki, təkcə texniki qaydalara deyil, həm də insanların emosiyalarına şahid oluruq. Fettelin cəriməsi də normaldı. Hadisə aşağı sürətlə gediş vaxtı olub və bu qalmaqal seyfti-karin arxasında olub”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub