Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində 5 qarşılaşma baş tutub.
Bu raundda qitənin ən zəif 10 çempionu mübarizə aparıb. Əsasən, cırtdan ölkə təmsilçilərinin meydana çıxacağı mərhələdə “balacalar” möcüzə reallaşdırmağa çalışıblar. Çünki nadir hallarda qələbə qazanan belə komandalar üçün mərhələ adlamaq da möcüzəyə bərabərdir.
Nəticələrə görə, “Vikinqur” (Farer adaları), “Hibernians” (Malta), TNS (Uels), “Alaskert” (Ermənistan), “Linfild” (Şimali İrlandiya) II təsnifat mərhələsində çıxış etməyə haqq qazanıb.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
4 iyul
“Trepça” (Kosovo) – “Vikinqur” (Farer adaları) - 1:4
Qollar: Hasani, 65 - Angel, 37, İslami, 40 (öz qapısına), Vatnhamar, 52, 59
İlk oyun - 1:2
“İnfonet” (Estoniya) – “Hibernians” (Malta) - 0:1
Qol: Jorjinyo, 88
İlk oyun - 0:2
“Europa” (Cəbəllütariq) - TNS (Uels) - 1:3 (əlavə vaxtda)
Qollar: Valker, 53 - Moya, 37, Giqle, 41, 104
İlk oyun - 2:1
“Santa-Koloma” (Andorra) – “Alaskert” (Ermənistan) - 1:1
Qollar: Lima, 63 - Nenadoviç, 28
İlk oyun - 0:1
“La Fiorita” (San-Marino) – “Linfild” (Şimali İrlandiya) - 0:0
İlk oyun - 0:1
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub