Sabah Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Serbiya “Mladost”u ilə üz-üzə gələcək “İnter” şok vəziyyətlə üzləşib.
Mynews.az sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt klubu “Aqrarkredit”lə arasında yaranmış problemi həll edə bilmir.
Belə ki, bank olmayan kredit təşkilatına olan 6 milyon manat borc səbəbindən klub “İnter Arena”nı tərk etməlidir. Bu borcdan əlavə komanda stadiona qoyulan 33 milyon manatı da ödəməlidir. “İnter” “evi”ni tərk etməmək üçün ümumilikdə 39 milyon manatından keçməlidir.
Həmçinin bildirilir ki, tərəflər arasında razılıq olmasa, klub millinin Mərdəkandakı bazasına köçəcək və oyunlarını “Dalğa Arena” stadionunda keçirəcək.
Məsələ ilə bağlı klubun Müşahidə Şurasının sədri Zaur Axundovla danışmaq istəsək də, onunla əlaqə yaratmaq mümkün olmayıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub