Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev “Athletics Turkcell Super League” yarışında 100 metr məsafəni 9,97 saniyəyə qət edərək qızıl medala sahib çıxıb.
Mynews.az-ın məlumatına görə, bu barədə Türkiyə Atletika Federasiyasının rəsmi saytında bildirilir.
Bununla da, o, tarixdə 100 metr məsafəni 10 saniyədən az müddətə qaçan ikinci ağdərili idmançı olub. Bu nəticəni əldə edən ilk ağdərili fransalı Kristofer Lemetr olmuşdu. O, 2010-cu ildə 100 metr məsafəni 9,98 saniyəyə qət edib, bir il sonra isə 9,92 saniyə ilə şəxsi rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, 27 yaşlı R.Quliyev Azərbaycan əsilli türk idmançısıdır. 2011-ci ildə vətəndaşlığını dəyişdikdən sonra onun bütün nəticələri Türkiyənin hesabına yazılır. Quliyev 60, 100, 200 və 300 metr məsafəyə qaçışda Azərbaycan və Türkiyədə rekordçusudur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub