İyul ayının əvvəlində Qazaxıstanın paytaxtı Astanada Şinkiokuşinkay üzrə dünya çepionatı keçirilib.
Çempionatda qızıl medalı azərbaycanlı idmançı Səlahət Həsənovqazanıb.
Mynews.az xəbər verir ki, Astanada 1-2 iyul tarixlərində keçirilən Dünya çempionatında 192 idmançı iştirak edib. Kişilər arasında yarışa 4 çəki dərəcəsində, hər birində 32 idmançı qatılıb.
Səlahət Həsənov 1994-cü ildə Cəllilabad rayonu Əsədli kəndində anadan olub. 2009-cu ildən karatenin bu növü ilə məşğul olur.
4 qat Avropa çempionu olan həmyerlimiz karatenin Şinkiokuşinkay növü üzrə bütün Qafqazda yeganə dünya çempionudur. 5 döyüş keçirən idmançımız 75 kq çəki dərəcisəndə mübarizə aparıb.
1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən Şinkiokuşinkay federasiyasının yetirməsi olan Səlahət Həsənov əldə etdiyi uğura görə federasiyanın prezidenti Natiq Heydərova, vitse-prezident Allahverdi Rüstəmova, məşqçilər Ələsgər Qarayev, İkram Quliyev və baş məşqçi Samir Məmmədova minnətdarlığını bildirib.
Qeyd etmək istərdik ki, karatenin bu növündə döyüşlər tam kontaktlı, heç bir qoruyucu vasitələr olmadan həyata keçirilir. Yeganə şərt isə baş nahiyyəsinə əllə zərbə endirilməsinin qadağa olmasıdır.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub