MOİK güləşçiləri Azərbaycan çempionatında 10 medal qazanıblar.
Milli.Az xəbər verir ki, Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlanmış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparıblar.
Azərbaycan çempionatında MOİK idmançıları da mübarizə aparıblar. Yarışlara 18 idmançı ilə qatılan "hərbçilər"dən 10-u medal qazanıb. Olduqca yüksək nəticə əldə edən MOİK idmançıları həm sərbəst, həm də yunan-Roma güləşində medallar əldə ediblər.
Sərbəst güləşdə Ağahüseyn Mustafayev (65 kq) və Əşrəf Əliyev (74 kq) bürünc medal əldə ediblər. Hər iki atlet 1/4 final oyununda qalib gəlib, yarımfinalda məğlub olduqdan sonra bürünc medal uğrunda görüşdə rəqibini üstələyib.
Yunan-Roma güləşində isə daha çox uğur əldə edilib. Belə ki, MOİK idmançıları düz 8 medal qazanıblar. Bunların 1-i qızıl, 2-si gümüş, 3-ü isə bürünc əyarlı olub. Qızıl medalı 80 kq çəki dərəcəsində Rafiq Hüseynov əldə edib. Ümumiyyətlə, 80 kq çəki dərəcəsində bütün medalları "hərbçilər" qazanıblar: Nicat Abdullayev 2-ci, Eltun Vəzirzadə isə 3-cü olub. Digər medalları Kərim Cəfərov (59 kq, gümüş), Murad Məmmədov (59 kq, bürünc), Şirxan Quliyev (71 kq kq, bürünc), Soltan İsmayılov (85 kq, bürünc), Orxan Ələkbərov (98 kq, bürünc) qazanıb.
Beləliklə, ölkə çempionatında MOİK idmançıları toplamda 1 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.
Əlavə edək ki, ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub. Mükafatçı güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub