Ağır zədə alan və "Mançester Yunayted"dən ayrılan Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşib. Mynews.az Fanat.Az-a istinadən xəbər verir ki, isveçli ulduz karyerasını ABŞ-da davam etdirəcək.
Məlumata görə, İbrahimoviç "Los Anceles Qalaksi"nin təklifini qəbul edib. O, yeni klubunda illik 6,7 milyon avro maaş alacaq. Bununla da Zlatan rekorda imza atacaq. Çünki bu MLS tarixinin ən yüksək maaşıdı.
Qeyd edək ki, İbrahimoviç karyerası ərzində İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter", "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" klublarında çıxış edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub