Adının açıqlanmasını istəməyən zərərçəkən xanım hadisəni təsdiqləyib.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, o, hadisənin təfərrüatını belə izah edib: “Mənə, sadəcə, şillə dəyib. “26club”da oturanda başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq.
Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”
11:36
Gecə klubunda dava saldığı deyilən tanınmış bokçumuz Elvin Məmişzadə xəbəri təkzib edib.
Mynews.az-ın ölke.az-a istinadən xəbərinə görə, idmançı gecə klubunda dava salmadığını deyib:
“Ümumiyyətlə, gecə klubuna getmirəm. Bilmirəm, xəbəri kim yayıb. Ancaq heç kimlə düşmənçiliyim yoxdur”.
09:25
Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava salıb.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.
Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.
Qeyd edək ki, Məmişzadə, eyni zamanda, I Avropa Oyunlarının qızıl medalçısıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub