London “Tottenhem”inin və İngiltərə yığmasının yarımmüdafiəçisi Dele Alli Soccerex-in versiyasına görə 21 yaşa qədər futbolçular arasında dünyanın ən bahalı idmançısı seçilib.
Mynews.az-ın məlumatına əsasən, bu barədə şirkətin saytında məlumat verilib.
21 yaşlı idmançının qiyməti 82,6 milyon avrodur. Reytinqdə ikinci yeri Fransa yığmasının və “Monako”nun 18 yaşlı hücumçusu Kilian Mbappe tutur, onun qiyməti 61,7 miyon avrodur.
Dünyanın ən bahalı gənc futbolçuları reytinqində üçlüyü daha bir fransız – Dortmund “Borussiya”sının 20 yaşlı forvardı Usman Dembele (60,9 milyon avro) tamamlayır.
Şirkət oyunçuların qiymətini hesablayarkən, yaş, sahədəki mövqe, klubla müqaviləsinin müddəti, beynəlxalq səviyyədə qol və matçların sayı kimi göstəriciləri analiz edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub