Azərbaycan millisinin və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev 3 oyunluq cəzalandırılıb.
Mynews.az-ın məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyasının İntizam Şurası qərar qəbul edib.
31 yaşlı qolkiperin cəzalanmasına ölkə çempionatının sonuncu turunda "Benfika" ilə keçirilmiş oyundan sonra insident zamanı birbaşa qırmızı vərəqə alması və mübahisədə iştirakı səbəb olub. Bununla da Ağayev "Aruka" və "Çaves"lə səfər, "Belenensiş"lə isə ev oyununu buraxmalı olacaq.
"Benfika" isə azarkeşlərin priotexniki vasitələrdən və təhqiredici şüarlardan istifadəsinə görə, 6 min avro cərimlənib.
Qeyd edək ki, "Benfika" və "Boavişta" arasında keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub