Ağdamın “Qarabağ” komandasının Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə ilk görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb.
Mynews.az-ın report-a istinadən verdiyi məlumata görə, iyulun 25-də Bakıda keçiriləcək matç belaruslu ədalət təmsilçilərinə həvalə olunub.
Oyunun baş hakimi Sergey Tsınkeviçdir. Ona Yevgeni Romanovla Vitali Malyutsin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Şimusik yerinə yetirəcək.
Oyunun UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da başlayacaq. Bu kollektivlər arasındakı cavab görüşü avqustun 1-də olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub