3 qat dünya və 2 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu Hafiz Baxşəliyev Böyük Britaniyada Avropa kəmərini qazanıb.
Mynews.az məlumat verir ki, bu haqda idmançı Sputnik Azərbaycan-a xəbər verib.
İdmançımız dünən Uelsin paytaxtı Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda ispan idmançısı İsmail Berqamini nakautla məğlub edib.
Hafiz Baxşəliyev açıqlamasında yarışa uzun müddətdir ki, hazırlaşdığını deyib: “Bilirsiniz ki, sonuncu dəfə rinqdə 2009-cu ildə döyüşmüşəm. Uzun fasilədən sonra döyüşmək riskli idi. Yenə də özümü hazırlayırdım. Rəqibim gənc olmasına baxmayaraq, təcrübəli və güclü idi. Məni yenidən döyüşməyə həvəsləndirdiyi üçün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə, yarışda məni dəstəkləyən soydaşlarımıza, Əfqanıstandan olan dostlarıma öz təşəkkürümü bildirirəm”.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub