Bu gün Bakıda güləşçilərimiz etiraz aksiyası keçirib.
Mynews.az AZXEBER.COM-a istinadən xəbər verir ki, tanınmış olimpiya çempionları, idmançılar Güləş Federasiyasının qarşısına toplaşıblar.
Onlar Güləş Federasiyasının idmançılara qarşı biganəliyindən şikayət ediblər. Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz şəraitsizlikdən də şikayət ediblər.
Dünya çempionu Rəsul Çunayev 15 aydır ki, maaş ala bilmədiklərini və dünya çempionatına 3 ay qalmasına baxmayaraq, şəraitsizlikdən hazırlaşa bilmədiklərini söyləyib: “Bizim işimiz çıxıb güləşməkdir. Bizdən qalibiyyət gözləyirlər. Axı biz bu şəraitdə necə qalib olaq? 15 aydır ki, maaş ala bilmirik. Bir müddət öncə zədələnmişdim. Gözlədim ki, əməliyyat edərlər. Etmədilər. Özüm xərc çəkib Türkiyədə əməliyyat olundum”.
Tanınmış idmançı Hacı Əliyev də etiraz edənlər arasında olub. O da idmançıların ölkədən məcburiyyətdən getdiklərini deyib:
"Bu gün bura çıxmağa məcbur qaldıq. Aramızda maaş ala bilmədiyi üçün moykada işə düzələn idmançılar var. Riodan qayıdanlar hələ də mükafatlarını ala bilməyiblər. Nə həkim yoxlanışından keçə bilirik, nə də idman zallarımız normaldır. Çox pis vəziyyətdəyik”.
Etiraz edənlər arasında olimpiya çempionu Toğrul Əsgərov da olub. Bir müddət öncə Türkmənistan milli komandasından təklif aldığını etiraf edən T.Əsgərov maaşlarını ala bilmədikləri üçün federasiya rəhbərliyindən şikayət edib.
Qeyd edək ki, Güləş Federasiyanının rəhbəri Vergilər Naziri Fazil Məmmədovdur.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub